Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

14 May 2012, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə 14 may 2012-ci il tarixində Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 75-105, Kiçik Qafqazın çaylarında 85-140, Lənkəran-Astara bölgəsi çaylarında 70-140, Naxçıvan MR çaylarında isə normanın 25-30 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 567 m3/s olmaqla, ongünlük normanın 76 faizini təşkil edir (2011-ci ildə 763 m3/s olmaqla 102 faizini təşkil edirdi).
Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 290 m3/san olmaqla, ongünlük normanın 143 faizini təşkil edir (2011-ci ildə 243 m3/s olmaqla 120 faizini təşkil edirdi).

Kür çayının aşağı axınında hazırki vəziyyət
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 415 sm (2011-ci il mayın 14-də 753 sm), Şirvanda 300 sm (2011-ci il mayın 14-də 649 sm ), Salyanda 260 sm (2011-ci il mayın 14-də 570 sm ), Bankədə 229 sm (2011-ci il mayın 14-də 391 sm), Araz çayının Novruzlu məntəqəsində isə 130 sm (2011-ci il mayın 14-də 485 sm) təşkil edir.