Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

11 May 2012, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə 11 may 2012-ci ildə Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 65-125, Kiçik Qafqazın çaylarında 90-140, Lənkəran-Astara bölgəsi çaylarında 60-120, Naxçıvan MR çaylarında isə normanın 30-70 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət

Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 515 m3/s olmaqla, ongünlük normanın 69 faizini təşkil edir (2011-ci ildə 875 m3/s olmaqla 117 faizini təşkil edirdi).
Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 291 m3/san olmaqla, ongünlük normanın 143 faizini təşkil edir (2011-ci ildə 366 m3/s olmaqla 180 faizini təşkil edirdi).

Kür çayının aşağı axınında hazırki vəziyyət

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 435 sm (2011-ci il mayın 11-də 739 sm), Şirvanda 332 sm (2011-ci il mayın 11-də 636 sm ), Salyanda 303 sm (2011-ci il mayın 11-də 549 sm), Bankədə 251 sm (2011-ci il mayın 11-də 375 sm), Araz çayının Novruzlu məntəqəsində isə 175 sm (2011-ci il mayın 11-də 473 sm) təşkil edir.