Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

07 May 2012, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə 07 may 2012-ci ildə Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 75-105, Kiçik Qafqazın çaylarında 110-165, Lənkəran-Astara bölgəsi çaylarında 35-95, Naxçıvan MR çaylarında isə normanın 35-40 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət

Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 480 m3/s olmaqla ongünlük normanın 67 faizini təşkil edir (2011-ci ildə 1092 m3/s olmaqla 152 faizini təşkil edirdi).
Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 320 m3/san olmaqla, ongünlük normanın 162 faizini təşkil edir (2011-ci ildə 304 m3/s olmaqla 154 faizini təşkil edirdi).

Kür çayının aşağı axınında hazırki vəziyyət

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 412 sm (2011-ci il mayın 07-də 690 sm), Şirvanda 281 sm (2011-ci il mayın 07-də 613 sm ), Salyanda 233 sm (2011-ci il mayın 07-də 540 sm), Bankədə 235 sm (2011-ci il mayın 07-də 369 sm), Araz çayının Novruzlu məntəqəsində isə 156 sm (2011-ci il mayın 07-də 413 sm) təşkil edir.