Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

04 May 2012, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 55-105, Kiçik Qafqazın çaylarında 80-140, Lənkəran-Astara bölgəsi çaylarında 35-75, Naxçıvan MR çaylarında isə 30-35 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət

Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 400 m3/s olmaqla ongünlük normanın 56 faizini təşkil edir (2011-ci ildə 513 m3/s olmaqla 71 faiz təşkil edirdi).
Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 167 m3/san olmaqla ongünlük normanın 84 faizini təşkil edir (2011-ci ildə 130 m3/s olmaqla 66 faiz təşkil edirdi).

Kür çayının aşağı axınında hazırki vəziyyət

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 415 sm (2011-ci il mayın 4-də 731 sm), Şirvanda 319 sm (2011-ci il mayın 4-də 635 sm), Salyanda 278 sm (2011-ci il mayın 4-də 550 sm), Bankədə 247 sm (2011-ci il mayın 4-də 375 sm), Araz çayının Novruzlu məntəqəsində isə 165 sm (2011-ci il mayın 4-də 463 sm) təşkil edir.