Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri (aprel ayının III ongünlüyü üçün)
02 May 2012, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə aprel ayının III ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirmişdir.
Aprel ayının III ongünlüyündə Kür çayında suyun sərfi aprel ayının II ongünlüyünə nisbətən 277 m3/san azalaraq 501 m3/san təşkil etmişdirMonitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olmuşdur. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Belə ki, Şıxlı-2 məntəqəsində və Ağstafaçay su anbarında fenollar 3, mis birləşmələri 4, Ağstafaçayda isə fenollar 2, mis birləşmələri 3 dəfə YVQH-ni keçmişdir.Aprel ayının III ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadizdə fenollar 3 , mis birləşmələri 4 , I Şahsevəndə mis birləşmələri və fenollar 3 , Bəhramtəpədə fenollar 2 , mis birləşmələri isə 4 dəfə YVQH-ni keçmişdir.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5.0-5.70 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişmişdir.