Xəbərlər

ETSN Ümummilli Lider Heydər Əliyevin doğum günü ilə əlaqədar 04-11 may 2012-ci il tarixlərində “Heydər zirvəsi”nə qalxan yürüş iştirakçılarını birdəfəlik giriş haqqından azad edib

01 May 2012, 00:00

Ümummilli Lider Heydər Əliyevin doğum günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Şahdağ Milli Parkının ərazisində yerləşən “Heydər zirvəsi”nə 04-11 may 2012-ci il tarixlərində kütləvi yürüşlərin təşkil olunmasına dair müxtəlif təşkilatlardan müraciətlər daxil olmuşdur.
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasından daxil olmuş məktubda 241 nəfərin, Azərbaycan Respublikası Alpinizm Federasiyasından isə müxtəlif vaxtlarda daxil olmuş 3 məktubda ümumilikdə 75 nəfərin yürüş edəcəyi bildirilmişdir.
Bütün müraciətlərdə adları göstərilən şəxslərə Milli Parkın ərazisinə giriş üçün icazə verilmişdir.
Nazirliyin aidiyyəti qurumları tərəfindən kütləvi yürüşlərin yüksək səviyyədə həyata keçirilməsi və yürüş iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xınalıq kəndi ərazisindən “Heydər zirvəsi”nə gedən müvafiq marşrut Şahdağ Milli Parkı tərəfindən yürüş üçün tam uyğunlaşdırılaraq hazır vəziyyətə gətirilmişdir.
Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Əmrinə əsasən 04-11 may 2012-ci il tarixlərində Ümummilli Lider Heydər Əliyevin doğum günü ilə əlaqədar Şahdağ Milli Parkının ərazisində yerləşən “Heydər zirvəsi”nə yürüş edən iştirakçılar birdəfəlik giriş haqqından azad edilmişdir.

Ümummili lider Heydər Əliyevin doğum günü ilə əlaqədar Şahdağ Milli Parkının ərazisində yerləşən “Heydər zirvəsi”nə yürüş edən turistlərin birdəfəlik giriş haqqından azad edilməsi barədə ƏMR