Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

30 Aprel 2012, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 65-145, Kiçik Qafqazın çaylarında 95-165, Lənkəran-Astara bölgəsi çaylarında 35-50, Naxçıvan MR-sı çaylarında isə normanın 40-45 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 450 m3/s olmaqla, ongünlük normanın 63 faizini təşkil edir (2011-ci ildə 843 m3/s olmaqla 118 faiz təşkil edirdi).
Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 175 m3/san olmaqla, ongünlük normanın 98 faizini təşkil edir (2011-ci ildə 170 m3/s olmaqla 96 faiz təşkil edirdi).

Kür çayının aşağı axınında hazırki vəziyyət

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 467 sm (2011-ci il aprelin 30-da 714 sm), Şirvanda 384 sm (2011-ci il aprelin 30-da 619 sm ), Salyanda 333 sm (2011-ci il aprelin 30-da 531 sm ), Bankədə 267 sm (2011-ci il aprelin 30-da 366 sm), Araz çayının Novruzlu məntəqəsində isə 195 sm (2011-ci il aprelin 30-da 440 sm) təşkil edir.