Xəbərlər

ETSN 22 aprel “Beynəlxalq Yer günü” ilə əlaqədar iməciliklər keçirib

21 Aprel 2012, 00:00

22 aprel “Beynəlxalq Yer günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “İDEA Kampaniyası”nın birgə təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Naziri yanında İctimai Ekoloji Şuranın üzvləri, QHT, ictimaiyyət və media nümayəndələri, eləcə də “Təbiətin dostları” Gənclər İctimai Birliyinin “Yaşıl velosipedçilər” Klubu, “Green Baku” Könüllü Ekoloji Təşkilatı
və “Park Bulvar”ın PR Xidmətinin əməkdaşlarının iştirakı ilə 21 aprel 2012-ci il tarixində Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun 10-cu kilometrliyində iməcilik keçirilmişdir.
Ümumilikdə, 500 nəfərin iştirak etdiyi iməcilikdə sözügedən ərazinin 100 hektar sahəsində abadlıq işləri aparılaraq yaşıllıqlara qulluq göstərilmiş, ağacların dibi yumşaldılmış və ərazi tullantılardan təmizlənmişdir.
Tədbirin sonunda Ekologiya və Təbii Sərvətlər Naziri H.Bağırov və İctimai Ekoloji Şuranın üzvləri ətraf mühitin mühafizəsi sahəsindəki fəaliyyətlərinə görə “İDEA Kampaniyası”nı, “Təbiətin dostları” Gənclər İctimai Birliyinin “Yaşıl velosipedçilər” Klubunu, “Green Baku” Könüllü Ekoloji Təşkilatını və “Park Bulvar”ın PR Xidmətini Diplomlarla təltif etmişlər.
Qeyd edək ki, “Beynəlxalq Yer günü” ilə əlaqədar regionlarda da iməciliklər təşkil edilərək yaşıllıqlara qulluq edilməsi, təmizlik işlərinin aparılması tədbirləri həyata keçirilmişdir.
Xatırladaq ki, 22 aprel “Beynəlxalq Yer günü”nun keçirilmə ənənələri Ð¥IÐ¥ əsrin 40-cı illərinə təsadüf edir. 1882-ci ildə 22 aprel tarixi Nebraska ştatında rəsmi olaraq bayram günü elan olunaraq “Ağac günü” kimi qeyd olunmağa başlanmışdır. 1970-ci ildən isə ekoloji fəallardan olan senator Geylord Nelsonun təklifinə əsasən, ekoloji problemlərə, ətraf mühitin çirklənməsinə, təbiətin əhəmiyyətinə diqqəti artırmaq məqsədilə həmin günün adı dəyişdirilərək, “Yer günü” adlandırılmışdır.