Ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılmışdır
20 Aprel 2012, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 2012-ci ilin 01-15 aprel tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılmışdır.
Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 110 akt və protokol tərtib olunmuş, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 49 müddətli məcburi göstəriş verilmişdir.
Ümumilikdə, 28 iş üzrə 91100 manat məbləğində cərimə tətbiq edilmiş, ətraf mühitə dəymiş ziyana görə 21 iş üzrə 2188 manat məbləğində iddia qaldırılmış, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 162 iş üzrə 31273 manat məbləğində ödəmə tətbiq edilmişdir. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 7, icra qurumlarına isə 14 iş göndərilmişdir.
Su ehtiyatları üzrə 3 akt, 1 protokol tərtib olunmuş və icrası məcburi olan 2 müddətli məcburi göstəriş verilmişdir.
Atmosfer havasının mühafizəsi üzrə 12 akt, 2 protokol tərtib olunmuş, icrası məcburi olan 9 müddətli məcburi göstəriş verilmişdir. 2 iş üzrə 11500 manat məbləğində cərimə, 52 iş üzrə 6931 manat məbləğində ödəmə tətbiq edilmişdir.
Torpaq ehtiyatları üzrə 4 akt, 2 protokol tərtib olunmuş, icrası məcburi olan 1 müddətli məcburi göstəriş verilmişdir. 2 iş üzrə 600 manat məbləğində cərimə, 24 iş üzrə 2049 manat məbləğində ödəmə tətbiq edilmişdir.
Yerin təkinin mühafizəsi sahəsində 6 akt tərtib olunmuş və icrası məcburi olan 5 müddətli məcburi göstəriş verilmişdir.
Ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə görə 26 akt, 9 protokol tərtib olunmuş və icrası məcburi olan 28 müddətli məcburi göstəriş verilmişdir. 17 iş üzrə 27000 manat məbləğində cərimə, 41 iş üzrə 18027 manat məbləğində ödəmə tətbiq edilmişdir.
Fauna və floranın mühafizəsi sahəsində 37 akt, 8 protokol tərtib olunmuş və icrası məcburi olan 4 müddətli məcburi göstəriş verilmişdir. 7 iş üzrə 52000 manat məbləğində cərimə tətbiq edilmiş, dəymiş ziyana görə 17 iş üzrə 2096 manat məbləğində iddia qaldırılmışdır.