22 aprel - “BeynəlÑ…alq Yer günü”dür
19 Aprel 2012, 00:00
“BeynəlÑ…alq Yer günü”nün keçirilmə ənənələri Ð¥IÐ¥ əsrin 40-cı illərinə təsadüf edir. Belə ki, o dövrdə ABŞ-ın Nebraska ştatının sakini Corc Morton tərəfindən yaşıllaşdırma gününün keçirilməsi təklif olunmuşdur. 1882-ci ildə 22 aprel tarixi Nebraska ştatında rəsmi olaraq bayram günü elan olunaraq “Ağac günü” kimi qeyd olunmağa başlanmışdır.
1970-ci ildən isə ekoloji fəallardan olan senator Geylord Nelsonun təklifinə əsasən, ekoloji problemlərə, ətraf mühitin çirklənməsinə, təbiətin əhəmiyyətinə diqqəti artırmaq məqsədilə həmin günün adı dəyişdirilərək, “Yer günü” adlandırılmışdır. 1990-cı ildən başlayaraq “Yer günü”nün əsas mövzusu təbii mühiti ilkin formada qoruyan Milli Parklara həsr edilmişdir. Məqsəd, xüsusi mühafizə olunan təbiət ərazilərində mövcud olan problemlərə, həmin problemlərin həll edilməsi üçün real praktiki və maliyyə yardımının göstərilməsinə ictimaiyyətin diqqətinin cəlb edilməsi olmuşdur.
Tədricən bu bayram beynəlxalq xarakter alaraq, hazırki dövrdə 150-yə yaxın ölkədə, o cümlədən respublikamızda qeyd olunur. “Yer günü” ərəfəsində insanlar müxtəlif ekoloji tədbirlərdə iştirak etməklə ağaclar əkir, yaşıllıqlara qulluq edir, yaşadıqları əraziləri müxtəlif tullantılardan təmizləyirlər. Ekoloqlar ətraf mühitin sağlamlaşdırılmasına yönələn kütləvi aksiyalar keçirməklə, informasiya vasitələrində çıxışlar etməklə əhalini ətraf mühitin mühafizəsi sahəsində daha fəal olmağa çağırırlar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hər il 22 aprel “Beynəlxalq Yer günü” ilə əlaqədar müxtəlif tədbirlər həyata keçirilir, ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyət arasında təbliğat işləri aparılır.
Bu il də “Beynəlxalq Yer günü” ilə əlaqədar paytaxtda və regionlarda ictimaiyyətlə birgə iməciliklər keçirilərək yaşıllıqlara qulluq edilir, təmizlik işləri aparılır, təhsil müəssisələrində məktəbli və tələbələrlə ekoloji təbliğat xarakterli dəyirmi masalar, görüşlər, seminar məşğələlər, mətbuatda çıxışlar təşkil edilir.