Gursululuq dövrü ilə əlaqədar Kür çayının Qıraqkəsəmən məntəqəsində hidroloji ölçü işləri aparılmışdır
18 Aprel 2012, 00:00
13-14 aprel 2012-ci il tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mütəxəssisləri tərəfindən Kür çayının Qıraqkəsəmən məntəqəsində transsərhəd axımın qiymətləndirilməsi və alınmış nəticələrdən gursululuq dövrü axım proqnozlarında istifadə etmək məqsədilə hidroloji ölçü işləri aparılmışdır.
Belə ki, Kür çayının səviyyəsini ölçmək məqsədilə Qıraqkəsəmən məntəqəsində quraşdırılmış tamasalar nivelirlənmiş və onların hündürlükləri bir daha yoxlanılmışdır. Eyni zamanda, çaydan keçən faktiki su sərfini təyin etmək üçün çayın eni, dərinlikləri və ayrı-ayrı şaqullarda müvafiq qaydada sürəti ölçülməklə en kəsik profili çıxarılmışdır.
Kür çayının Qıraqkəsəmən məntəqəsində transsərhəd axımın qiymətləndirilməsi məqsədilə aparılmış ölçü işlərinin nəticələrinə əsasən sözügedən məntəqədə faktiki səviyyə 426 sm və faktiki su sərfi 812 m3/san (ongünlük normanın 109 %-i) olmuşdur.