Xəbərlər

Aprelin 16-sı axşamdan 17-si səhərədək ölkə ərazisində müşahidə olunmuş hava şəraitinin qısa icmalı

17 Aprel 2012, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Aprelin 16-sı axşamdan 17-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçmiş, əksər rayonlarda yağış yağmış, şimşək çaxmış, bəzi yerlərdə intensiv olmuşdur.

Düşən yağışın miqdarı: Rvarudda (Lerik) 35 mm, Kişçayda (Şəki) 38 mm, Başdaşağılda (Şəki) 24 mm, Şəkidə 22 mm,
Balakəndə 21 mm, Daşkəsəndə 15 mm, Mingəçevirdə 14 mm, Lənkəranda 12 mm, Göygöldə (qoruq) 11 mm, Naftalan, Şəmkirdə 10 mm, Zaqatalada 9 mm, Sarıbaş (Qax), Xınalıq (Quba), Gəncədə 6 mm, Ağstafada 5 mm, Gədəbəy, Astara, Yardımlıda 3 mm, Salyan, Tovuzda 2 mm, Bərdə, Oğuz, Şamaxı, Göytəpədə 1 mm, Göyçay, İmişli, Tərtər, Mərəzə, Ələtdə 0.0-0.7 mm, Naxçıvan MR-da 1-2 mm, Qaradağda 2 mm olmuşdur.
Yağan intensiv yağışlar nəticəsində Kişçay, Şinçay, Əyriçay, Başdaşağılçayda sululuq artmış, qısamüddətli daşqın keçmişdir.