Xəbərlər

Hindistan Ticarət və Sənaye üzrə Dövlət Naziri Azərbaycanda səfərdə olub

17 Aprel 2012, 00:00

16 aprel 2012-ci il tarixində Hindistan Ticarət və Sənaye üzrə Dövlət Naziri cənab Ciotiraditya Sindiyanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası və Hindistan Respublikası arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 2-ci iclasında iştirak etmək məqsədi ilə Azərbaycanda səfərdə olub.
Səfər çərçivəsində Hindistan Ticarət və Sənaye üzrə Dövlət Naziri cənab C.Sindiyanın başçılıq etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etmiş, sonra ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban verən şəhidləri yad etmişlər.
Daha sonra Ekologiya və Təbii Sərvətlər Naziri cənab H.Bağırov və Hindistan Ticarət və Sənaye üzrə Dövlət Naziri cənab C. Sindiyanın sədrliyi ilə Azərbaycan Respublikası və Hindistan Respublikası arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 2-ci iclasının açılış mərasimi keçirilmişdir.
İclasda iki ölkə arasında ticarət və iqtisadi əməkdaşlığın statusu nəzərdən keçirilimiş, ətraf mühitin mühafizəsi, investisiya, nəqliyyat, enerji, maliyyə, mədəniyyət, əczaçılıq, kənd təsərrüfatı, heyvandarlıq, rabitə və informasiya texnologiyaları sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.
İclasın sonunda Azərbaycan Respublikası və Hindistan Respublikası arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 2-ci iclasının yekun protokolu və “Azərbaycan və Hindistan hökumətləri arasında hava əlaqəsi haqqında Saziş” imzalanmışdır.