Yanğın hadisəsi baş vermişdir
12 Aprel 2012, 00:00
10 aprel 2012”“ci il tarixində saat 17 radələrində Qəbələ rayonunun Tövlə Bələdiyyəsinin 1,5 - 2 hektar ərazisində yanğın hadisəsi baş vermişdir.
Küləkli hava şəraiti olduğundan yanğın Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Zarağan meşəbəyliyinin 19-cu kvartalının 24-cü bölməsinə keçmiş və meşə fonduna məxsus, ümumilikdə 0,47 hektar ərazidəki quru ot örtüyü və kollar yanmışdır. Yanğın nəticəsində meşə fonduna ciddi ziyan dəyməmişdir.
Yanğının baş verməsinə səbəb yoldan keçən avtomobildən atılan söndürülməmiş siqaret kötüyü olmuşdur.
Yanğın Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar Nazirliklərinin yerli qurumları və yerli əhalinin birgə səyləri nəticəsində 10 aprel tarixində gecə saat 23:20-də tam söndürülmüşdür.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaların istiləşməsi ilə əlaqədar əhalini bir daha odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə və Azərbaycan xalqının milli sərvəti olan meşə və yaşıllıqları qorumağa çağırır.