Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

12 Aprel 2012, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə ölkə ərazisində temperatur rejiminin yüksəlməsi və orta dağlıq ərazilərdə qarın tədricən əriməsi nəticəsində Qanıx çayında son üç gün ərzində suyun səviyyəsi 27 sm, Kiçik Qafqazın Kürəkçay çayında 6 sm, Gəncəçay çayında 3 sm, Böyük Qafqazın Qusarçay çayında 8 sm, Qudyalçay çayında 7 sm, Vəlvələçay çayında 24 sm, Naxçıvan MR-ın Naxçıvançay çayında isə 49 sm artmışdır.
Hazırda Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 150-350, Kiçik Qafqazın çaylarında 140-215, Lənkəran-Astara bölgəsi çaylarında 70-120, Naxçıvan MR çaylarında isə normanın 25-30 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 840 m3/s, ongünlük normanın 113 faizini təşkil edir (2011-ci ildə 415 m3/s olmaqla 56 faizini təşkil edirdi). Gürcüstan ərazisində Kür çayında suyun səviyyəsinin artması ilə əlaqədar Respublika ərazisində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində artım müşahidə olunmaqdadır. Belə ki, son iki gün ərzində suyun səviyyəsi 59 sm artmışdır.
Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 160 m3/san olmaqla, ongünlük normanın 90 faizini təşkil edir (2011-ci ildə 216 m3/s olmaqla 129 faizini təşkil edirdi).

Kür çayının aşağı axınında hazırki vəziyyət
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 490 sm (2011-ci il aprelin 12-də 580 sm), Şirvanda 380 sm (2011-ci il aprelin 12-də 487 sm ), Salyanda 313 sm (2011-ci il aprelin 12-də 414 sm ), Bankədə 259 sm (2011-ci il aprelin 12-də 313 sm), Araz çayının Novruzlu məntəqəsində isə 230 sm (2011-ci il aprelin 12-də 297 sm) təşkil edir.