Şikayətin qərəzli xarakter daşıdığı məlum olub
10 Aprel 2012, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə 02 aprel 2012-ci il tarixində Aslan Rzayev adlı vətəndaşdan şikayət daxil olmuşdur.
A.Rzayev şikayətində bildirib ki, Zaqatala Dövlət Təbiət Qoruğunun Katex kəndi ərazisində qoz və şabalıd ağacları kəsilir və guya o şəxsən bunun şahidi olub.
Lakin araşdırma zamanı məlum olmuşdur ki, A.Rzayevin Zaqatala Dövlət Təbiət Qoruğunun Katex kəndi ərazisində ağacların kəsilməsi barədə Nazirliyin qaynar xəttinə etdiyi şikayət qərəzli xarakter daşıyır.
Bildiririk ki, şikayətçi A.Rzayev qanunsuz ov edərkən Qoruq əməkdaşları tərəfindən əvvəllər dəfələrlə saxlanılmışdır. Sonuncu dəfə həmin şəxs 23 fevral 2012-ci il tarixində Murad Cəfərov adlı vətəndaşla birgə qanunsuz ov edərkən Qoruğun əməkdaşları tərəfindən keçirilən növbəti reyd zamanı saxlanılmış və onlar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün tərtib olunmuş sənədlər Balakən rayon Polis Şöbəsinə göndərilmişdir.
Aparılan araşdırmaların nəticəsində A.Rzayevin şikayətinin şəxsi və qərəzli xarakterli olması, eyni zamanda fərdi konfliktləri həll etmək məqsədi daşıdığı sübut edilib.
Belə ki, daxil olan şikayətdə göstərildiyi kimi çoxlu sayda ağacların kəsilməsi faktı öz təsdiqini tapmamışdır. Qoruğun əməkdaşları tərəfindən cari qaydada mühafizə rejiminə əməl olunmasını yoxlamaq məqsədilə 15 mart 2012-ci il tarixində əraziyə keçirilən baxış zamanı, yəni şikayətdən əvvəl bir ədəd qoz ağacının naməlum şəxslər tərəfindən kəsildiyi, köküstə qurumuş və küləyin təsirindən aşmış digər ağacın isə doğrandığı məlum olmuşdur. Bununla əlaqədar 16 mart 2012-ci il tarixində əraziyə cavabdeh olan mühafizə yegeri barəsində akt tərtib olunmuş, 247,7 manat məbləğində köküstə nırx dəyərində ziyan hesablanaraq onun tərəfindən ödənilmiş və barəsində intizam tənbeh tədbiri görülmüşdür. Qanunsuz kəsilmiş qoz ağacının işlik hissəsi və qurumuş qoz ağacının doğranmış oduncaq hissələri yerində qaldığından qorunub mühafizə olunması üçün mühafizə yegerinə təhvil verilmişdir.
Şikayətdə qeyd olunan şabalıd ağacları isə bir neçə il əvvəl ərazi Qoruğun balansına verilənədək kəsilmiş iki ədəd ağacdır və həmin ağacların doğranmış oduncaq hissələri də yerində qaldığından mühafizə üçün yegerə təhvil verilmişdir.