Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
09 Aprel 2012, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 95-210, Kiçik Qafqazın çaylarında 80-85, Lənkəran-Astara bölgəsi çaylarında 60-100, Naxçıvan MR çaylarında isə 20-25 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 388 m3/s olmaqla, ongünlük normanın 83 faizini təşkil edir (2011-ci ildə 483 m3/s olmaqla 103 faiz təşkil edirdi).
Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 114 m3/san olmaqla, ongünlük normanın 83 faizini təşkil edir (2011-ci ildə 202 m3/s olmaqla 146 faiz təşkil edirdi).
Kür çayının aşağı axınında hazırki vəziyyət
Son 3 gün ərzində Kür çayının aşağı axınında suyun səviyyəsində azalma davam etmişdir. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 36, Şirvanda 81, Salyanda 75, Bankədə 35, Araz çayının Novruzlu məntəqəsində isə 55 sm azalmışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 490 sm (2011-ci il aprelin 09-da 594 sm), Şirvanda 383 sm (2011-ci il aprelin 09-da 490 sm ), Salyanda 328 sm (2011-ci il aprelin 09-da 412 sm ), Bankədə 264 sm (2011-ci il aprelin 09-da 307 sm), Araz çayının Novruzlu məntəqəsində isə 270 sm (2011-ci il aprelin 09-da 313 sm) təşkil edir.