Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi talassemiyalı və hemofiliyalı uşaqlara qan verib
06 Aprel 2012, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi 06 aprel 2012-ci il tarixində “Savab Dünyası” Talassemiya Cəmiyyətinin həyata keçirdiyi aksiyaya qoşularaq talassemiya və hemofiliya xəstəliklərindən əziyyət çəkən uşaqlara qan verib.
Səhər saat 10:00-dan 16:00-dək davam edən aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 200 nəfərdən artıq əməkdaşı könüllü olaraq iştirak edib.
Bu gün “Savab dünyası” Talassemiya Assosiasiyasının qeydiyyatında 400 nəfərdən çox xəstə uşaq var.
Talassemiyalı uşaqları yaşatmaq, qayğısına qalmaq və daim diqqət mərkəzində saxlamaq hər birimizin borcudur. Səhhəti imkan verən hər kəsi bu aksiyaya qoşularaq donor olmağa çağırırıq.