Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

06 Aprel 2012, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 75-190, Kiçik Qafqazın çaylarında 75-80, Lənkəran-Astara bölgəsi çaylarında 60-120, Naxçıvan MRı çaylarında isə normanın 20-25 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 274 m3/s, ongünlük normanın 58 faizini i təşkil edir (2011-ci ildə 450 m3/s olmaqla 96 faizini təşkil edirdi).
Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 109 m3/san olmaqla, ongünlük normanın 79 faizini təşkil edir (2011-ci ildə 134 m3/s olmaqla 97 faizini təşkil edirdi).

Kür çayının aşağı axınında hazırki vəziyyət
Son 3 gün ərzində Kür çayının aşağı axınında suyun səviyyəsində azalma davam etmişdir. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 74 sm, Şirvanda 55 sm, Salyanda 46 sm, Bankədə 34 sm, Araz çayının Novruzlu məntəqəsində isə 25 sm azalmışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 526 sm (2011-ci il aprelin 06-da 554 sm), Şirvanda 464 sm (2011-ci il aprelin 06-da 438 sm ), Salyanda 403 sm (2011-ci il aprelin 06-da 371 sm ), Bankədə 299 sm (2011-ci il aprelin 06-da 290 sm), Araz çayının Novruzlu məntəqəsində isə 325 sm (2011-ci il aprelin 06-da 273 sm) təşkil edir.