Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
03 Aprel 2012, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 145-205, Kiçik Qafqazın çaylarında 65-75, Lənkəran-Astara bölgəsi çaylarında 65-115, Naxçıvan MR çaylarında isə normanın 15-20 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 208 m3/s, ongünlük normanın 44 faizini təşkil edir (2011-ci ildə 513 m3/s olmaqla 109 faizini təşkil edirdi).
Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 102 m3/san olmaqla, ongünlük normanın 74 faizini təşkil edir (2011-ci ildə 127 m3/s olmaqla 92 faizini təşkil edirdi).
Kür çayının aşağı axınında hazırki vəziyyət
Aprelin 01-dən etibarən Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 25 sm, Şirvanda 14 sm, Salyanda 14 sm, Bankədə 5 sm, Araz çayının Novruzlu məntəqəsində isə 15 sm azalmışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 600 sm (2011-ci il aprelin 03-də 522 sm), Şirvanda 519 sm (2011-ci il aprelin 03-də 429 sm ), Salyanda 449 sm (2011-ci il aprelin 03-də 386 sm ), Bankədə 333 sm (2011-ci il aprelin 03-də 296 sm), Araz çayının Novruzlu məntəqəsində isə 350 sm (2011-ci il aprelin 03-də 228 sm) təşkil edir.