Yanğın hadisəsi baş verib
01 Aprel 2012, 00:00
31 mart 2012”“ci il tarixində saat 16:25 radələrində Oğuz və Şəki rayonları arasındakı Şəki rayonunun Küncüt bələdiyyəsinə məxsus sahədə yanğın hadisəsi baş vermişdir.
Yanğının baş verməsinə səbəb Oğuz-Şəki yolunun mühafizə zolağının ətrafında yaşayan, mal-qara otaran qaçqın və məcburi köçkünlər tərəfindən yandırılan tonqal olmuşdur.
Yanğın genişlənərək meşə fonduna məxsus, meşə ilə örtülü olmayan əraziyə də keçmiş və meşə fonduna məxsus 1 hektar ərazidəki quru ot örtüyü və kollar yanmışdır.
Yanğın Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar Nazirliklərinin yerli qurumları və rayon ictimaiyyəti tərəfindən qısa müddətdə nəzarətə götürülmüş və digər ərazilərə keçməsinin qarşısı alınmışdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşə və yaşıllıqlarımızı qoruyub saxlamaq üçün əhalini bir daha odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə və Azərbaycan xalqının milli sərvəti olan meşə və yaşıllıqları qorumağa çağırır.