Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

16 Mart 2012, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 115-135, Kiçik Qafqazın çaylarında 110-120, Lənkəran-Astara bölgəsi çaylarında 50-60, Naxçıvan MR çaylarında isə 20-25 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 125 m3/s olmaqla, ongünlük normanın 47 faizini təşkil edir (2011-ci ildə 173 m3/s olmaqla 65 faiz təşkil edirdi).
Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 84 m3/san olmaqla, ongünlük normanın 89 faizini təşkil edir (2011-ci ildə 97 m3/s olmaqla 103 faiz təşkil edirdi).

Kür çayının aşağı axınında hazırki vəziyyət
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 688 sm (2011-ci il martın 16-da 622 sm), Şirvanda 580 sm (2011-ci il martın 16-da 520 sm), Salyanda 509 sm (2011-ci il martın 16-da 456 sm), Bankədə 355 sm (2011-ci il martın 16-da 331 sm), Araz çayının Novruzlu məntəqəsində isə 412 sm (2011-ci il martın 16-da 348 sm) təşkil edir.