Xəbərlər

Ölkə ərazisində qanunsuz ov hallarının qarşısının alınması məqsədilə növbəti reydlər keçirilmişdir

14 Mart 2012, 00:00

6-12 mart 2012-ci il tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən ölkə ərazisində “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə növbəti reydlər keçirilmişdir.
Reydlər zamanı ümumilikdə, qanunsuz ov edən 4 nəfərdən 4 ədəd ov tüfəngi və 2 ədəd patron götürülərək müvafiq qaydada aktlaşdırılmışdır.
Belə ki, Qırmızıkənd Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz ovla məşğul olan 1 nəfər (1 ov silahı), Zəvvar Ovçuluq Təsərrüfatının ərazisində 2 nəfər (2 ov silahı) və İlisu Dövlət Təbiət Qoruğunun ərazisində 1 nəfər (1 ov silahı və 2 ədəd patron) saxlanılaraq həmin şəxslər barəsində protokol tərtib olunmuş və qanunvericiliyə uyğun qaydada tədbirlər görülmüşdür.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumları tərəfindən qanunsuz ov hallarının qarşısının alınması ilə əlaqədar reydlər davam etdirilir.