Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

13 Mart 2012, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 115-185 faizini təşkil edir. 2011-ci ilin müvafiq dovründə sululuq ongünlük normanın 80-160 faizini, 2010-cu ildə isə bu rəqəm hər iki illə müqayisədə bir qədər çox olmaqla 180-270 faizini təşkil etmişdir.
Kiçik Qafqazın çaylarında hazırda sululuq ongünlük normanın 100-110 faizini təşkil edir. 2011-ci ilin bu dövründə göstərici ongünlük normanın 80-115 faizini, 2010-cu ildə isə sululuq hər iki illə müqayisədə iki dəfə çox olmaqla 220-250 faizini təşkil etmişdir.
Lənkəran-Astara bölgəsi çaylarında faktiki sululuq ongünlük normanın 30-60 faizini, 2011-ci ildə normadan bir qədər çox olmaqla 150 faizini, 2010-cu ildə isə bu rəqəm ongünlük normanın 10-50 faizini təşkil etmişdir.
Hazırda Naxçıvan MR çaylarında sululuq ongünlük normanın 20-25 faizini, 2011-ci ildə iki dəfə çox olmaqla 50-55 faizini, 2010-cu ildə isə bu göstərici xeyli yüksək olmaqla 195-200 faizini təşkil etmişdir.

Tranzit çaylarda hazırki vəziyyət
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 125 m3/s olmaqla ongünlük normanın 47 faizini, 2011-ci ildə isə bu rəqəm bir qədər çox, yəni 173 m3/s olmaqla ongünlük normanın 65 faizini təşkil etmişdir. 2010-cu ildə isə adıçəkilən məntəqədə xeyli yüksək sululuq müşahidə olunmuşdur. Belə ki, həmin dövrdə su sərfi 505 m3/s olmaqla ongünlük normanın 189 faizini təşkil etmişdir.
Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 81,0 m3/s olmaqla, ongünlük normanın 86 faizini, 2011-ci ildə 91,0 m3/s olmaqla 97 faizini, 2010-cu ildə bu göstərici hər iki illə müqayisədə nisbətən yüksək olmaqla 101 m3/s təşkil etmiş və ongünlük normanın 107 faizinə bərabər olmuşdur.

Kür çayının aşağı axınında hazırki vəziyyət
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 682 sm (2011-ci il martın 13-də 626 sm, 2010-cu ildə isə 667 sm), Şirvanda 572 sm (2011-ci il martın 13-də 522 sm, 2010-cu ildə isə 575 sm), Salyanda 506 sm (2011-ci il martın 13-də 466 sm, 2010-cu ildə isə 590 sm), Bankədə 351 sm (2011-ci il martın 13-də 341 sm, 2010-cu ildə isə 379 sm), Araz çayının Novruzlu məntəqəsində isə 413 sm (2011-ci il martın 13-də 348 sm, 2010-cu ildə isə 405 sm) təşkil edir.