Qanunsuz ov hallarına qarşı mübarizə tədbirləri davam edir
10 Mart 2012, 00:00
1-5 mart 2012-ci il tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən ölkə ərazisində “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə növbəti reydlər keçirilmişdir.
Reydlər zamanı ümumilikdə, qanunsuz ov edən 2 nəfərdən 2 ədəd ov tüfəngi götürülərək müvafiq qaydada aktlaşdırılmışdır. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində inzibati qaydada, ümumilikdə 1000 manat məbləğində cərimə tətbiq edilmişdir.
Belə ki, Ağ göl Milli Parkı ərazisində qanunsuz ovla məşğul olan 1 nəfər (1 ov silahı) və Qaradağ rayon ərazisində 1 nəfər (1 ov silahı) saxlanılaraq həmin şəxslər barəsində protrokol tərtib olunmuş və müvafiq qaydada cərimə tətbiq edilmişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumları tərəfindən qanunsuz ov hallarının qarşısının alınması ilə əlaqədar reydlər davam etdirilir.