Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

09 Mart 2012, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 120-210, Kiçik Qafqazın çaylarında 130-135, Lənkəran-Astara bölgəsi çaylarında 40-70, Naxçıvan MR çaylarında isə normanın 30 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət

Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 116 m3/s, ongünlük normanın 48 faizini təşkil edir (2011-ci ildə 150 m3/s olmaqla 62 faizini təşkil edirdi).
Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 85,0 m3/san olmaqla, ongünlük normanın 103 faizini təşkil edir (2011-ci ildə 78,0 m3/s olmaqla 95 faizini təşkil edirdi).

Kür çayının aşağı axınında hazırki vəziyyət

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 679 sm (2011-ci il martın 09-da 626 sm), Şirvanda 568 sm (2011-ci il martın 09-da 526 sm ), Salyanda 500 sm (2011-ci il martın 09-da 476 sm ), Bankədə 355 sm (2011-ci il martın 09-da 349 sm), Araz çayının Novruzlu məntəqəsində isə 418 sm (2011-ci il martın 09-da 355 sm) təşkil edir.