Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

06 Mart 2012, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 115-185, Kiçik Qafqazın çaylarında 130-135, Lənkəran-Astara bölgəsi çaylarında 55-75, Naxçıvan MR çaylarında isə normanın 20-25 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 144 m3/s, ongünlük normanın 60 faizini təşkil edir (2011-ci ildə 150 m3/s olmaqla 62 faizini təşkil edirdi).
Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 82,0 m3/san olmaqla, ongünlük normanın 100 faizini təşkil edir (2011-ci ildə 71,0 m3/s olmaqla 86 faizini təşkil edirdi).

Kür çayının aşağı axınında hazırki vəziyyət
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 704 sm (2011-ci il martın 06-da 648 sm), Şirvanda 584 sm (2011-ci il martın 06-da 534 sm ), Salyanda 518 sm (2011-ci il martın 06-da 479 sm ), Bankədə 363 sm (2011-ci il martın 06-da 345 sm), Araz çayının Novruzlu məntəqəsində isə 410 sm (2011-ci il martın 06-da 368 sm) təşkil edir.