Xəbərlər

Qanunsuz ov hallarına qarşı mübarizə tədbirləri davam edir

05 Mart 2012, 00:00

28-29 fevral 2012-ci il tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən ölkə ərazisində “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə növbəti reydlər keçirilmişdir.
Reydlər zamanı, ümumilikdə, qanunsuz ov edən 10 nəfərdən 5 ədəd ov tüfəngi, 9 ədəd quş, 40 ədəd balıq, 4 qayıq, 4 avar, 5 tor, 3 akumlyator, 3 işıqlandırıcı və 3 domca götürülərək müvafiq qaydada aktlaşdırılmışdır. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində inzibati qaydada, ümumilikdə 4782 manat məbləğində cərimə tətbiq edilmişdir.
Belə ki, Tovuz rayonu ərazisində qanunsuz ovla məşğul olan 1 nəfər (1 ov silahı), Qobustan rayon ərazisində 1 nəfər (9 ədəd bəzgək quşu), Abşeron rayonu ərazisində 1 nəfər (1 ov silahı), Şəki rayonu ərazisində 1 nəfər (1 ov silahı), Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində 4 nəfər (4 qayıq, 4 avar, 4 tor, 3 akkumlyator, 3 işıqlandırıcı, 3 domca, 13 ədəd külmə, 14 ədəd karp və 13 ədəd daban balığı), Ağgöl Milli Parkı ərazisində 2 nəfər (2 ov silahı) saxlanılaraq həmin şəxslər barəsində protrokol tərtib olunmuş və müvafiq qaydada cərimə tətbiq edilmişdir. Müvafiq sənəd təqdim etməyən qanun pozucularının şəxsiyyətlərini müəyyənləşdirmək üçün aidiyyəti Rayon Polis Şöbələrinə müraciət edilmişdir.
Bundan başqa Xaçmaz rayonu ərazisində kütləvi quş ovu məqsədilə yaradılmış qurğu (nığa) və 1 ədəd tor aşkarlanaraq məhv edilmişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumları tərəfindən qanunsuz ov hallarının qarşısının alınması ilə əlaqədar reydlər davam etdirilir.