Xəbərlər

Ekspedisiya Qrupu qarölçmə işləri aparır

05 Mart 2012, 00:00

Azərbaycanda yaz-yay gursulu dövrünün axım proqnozunu hazırlamaq məqsədilə qar ehtiyatları üzərində müşahidə-qiymətləndirmə işlərinin həyata keçirilməsi üçün ETSN-nin Milli Hidrometeorologiya Departamentinin Çöl Tədqiqat Ekspedisiya Qrupu 1 mart 2012-ci il tarixində Böyük və Kiçik Qafqaz dağlarında ekspedisiyaya başlayıb. Ekspedisiya 20 gün davam edəcək.
Qeyd edək ki, Kiçik Qafqazın Gədəbəy, Göy-göl, Daşkəsən, Böyuk Qafqazın Balakən, Zaqatala, Oğuz, Qəbələ, Quba, Qusar rayonlarının və Naxçıvan MR-nın çay hövzələrində 28 marşrut üzrə xüsusi proqrama əsasən qarölçmə işləri aparılacaq.
Qarölçmə işlərinin nəticələrinə əsasən yuxarı çay hövzələrində formalaşan qar-su ehtiyatları qiymətləndiriləcək və bundan gursulu dövrun axım proqnozunun tərtibində istifadə olunacaqdır.