Yaşıllıqların mühafizəsi ilə əlaqədar reyd keçirilmişdir
03 Mart 2012, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən yaşıllıqların mühafizəsi ilə əlaqədar reyd keçirilmişdir.
Reyd zamanı Nazirliyin mütəxəssisləri tərəfindən Nəsimi rayonu Azadlıq prospekti 24 ünvanında 10 ədəd (diametri 36-52 sm) Ayland, 3 ədəd (diametri 36-44 sm) Safora və 13 ədəd (diametri 12-48 sm) Akasiya cinsindən olan çoxillik ağacların kökündən kəsildiyi müəyyən edilmiş, faktla bağlı akt və protokol tərtib olunmuşdur. Araşdırma zamanı sözügedən ağacların Bakı şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyinin işçiləri tərəfindən ETSN-nin Dövlət Ekspertiza İdarəsi ilə razılaşdırılmadan kəsildiyi müəyyən edilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarının tələblərini pozduğuna görə Bakı şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi İnzibati Xətalar Məcəlləsinin 92.3.1 maddəsinə əsasən 572 000 manat məbləğində cərimə olunmuşdur.
Bundan başqa Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsində yaşıllıqların kəsilməsi ilə bağlı Nazirliyə daxil olmuş şikayət məktubuna əsasən Nazirliyin əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirilmiş və 5 ədəd ağacın köküstə kəsildiyi, 6 ədəd ağacın isə budandığı məlum olmuşdur.
Müəyyən edilmişdir ki, “Behişt” şirkətinin direktorunun Nazirliyin Dövlət Ekspertiza İdarəsinə müraciətinə əsasən sözügedən ərazidə 5 ədəd ağacın tam quruması səbəbindən (hər birinin əvəzində bir neçə ədəd həmişəyaşıl ağac cinslərindən əkilməsi şərti ilə) kəsilməsi və 6 ədəd ağacın isə kommunal xətlərə toxunaraq qəza vəziyyəti yaratdığına görə aqrotexniki qaydada budanması idarə tərəfindən verilmiş rəyə əsasən həyata keçirilmişdir.