Xəbərlər

Ölkə ərazisində qanunsuz ov hallarının qarşısının alınması məqsədilə növbəti reydlər keçirilmişdir

02 Mart 2012, 00:00

18-27 fevral 2012-ci il tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən ölkə ərazisində “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə növbəti reydlər keçirilmişdir.
Reydlər zamanı, ümumilikdə, qanunsuz ov edən 56 nəfərdən 53 ədəd ov tüfəngi, 88 ədəd quş və 200 ədəd patron götürülərək müvafiq qaydada aktlaşdırılmışdır. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində inzibati qaydada, ümumilikdə 12000 manat məbləğində cərimə tətbiq edilmişdir.
Belə ki, Abşeron rayonu ərazisində qanunsuz ovla məşğul olan 5 nəfər (6 ov silahı, 6 patron), İmişli rayonu ərazisində 11 nəfər (11 ov silahı, 88 patron), Qaradağ rayonu ərazisində 12 nəfər (12 ov silahı, 46 patron), Saatlı rayonu ərazisində 2 nəfər (2 ov silahı, 25 patron), Lənkəran rayonu ərazisində 2 nəfər (1 ov silahı, 5 patron), Neftçala rayonu ərazisində 1 nəfər (1 ov silahı), Şəki rayonu ərazisində 1 nəfər (1 ov silahı), Ağsu rayonu ərazisində 3 nəfər (3 ov silahı, 3 patron), İsmayıllı rayonu ərazisində 3 nəfər (3 ov silahı), Kürdəmir rayonu ərazisində 2 nəfər (2 ov silahı), Oğuz rayonu ərazisində 3 nəfər (3 ov silahı), Cəlilabad rayonu ərazisində 1 nəfər (1 ov silahı), Biləsuvar rayonu ərazisində 3 nəfər (3 ov silahı, 26 patron), Şirvan şəhəri ərazisində 1 nəfər (1 ov silahı), Quba rayonu ərazisində 1 nəfər (1 ov silahı), Qax rayonu ərazisində 2 nəfər (2 ov silahı, 1 patron) saxlanılaraq həmin şəxslər barəsində protrokol tərtib olunmuş və müvafiq qaydada cərimə tətbiq edilmişdir. Müvafiq sənəd təqdim etməyən qanun pozucularının şəxsiyyətlərini müəyyənləşdirmək üçün aidiyyəti Rayon Polis Şöbələrinə müraciət edilmişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumları tərəfindən qanunsuz ov hallarının qarşısının alınması ilə əlaqədar reydlər davam etdirilir.