Xəbərlər

Mart ayına olan hava proqnozu

29 Fevral 2012, 00:00

Mart ayında hava şəraitinin tez-tez dəyişilməsi gözlənilir. Nisbətən mülayim günlər soyuq atmosfer cəbhələrinin keçməsi ilə əlaqədar soyuq və yağıntılı günlərlə əvəz olunacaq. Ay ərzində ümumi temperatur rejiminin dəyişkən olacağı gözlənilir. Ayın birinci yarısında temperaturun iqlim normasından bir qədər aşağı, bəzi günlərdə normaya yaxın, üçüncü ongünlükdə isə iqlim normasından yüksək olacağı proqnozlaşdırılır.
Aylıq yağıntının miqdarının iqlim normasından çox, bəzi yerlərdə isə normaya yaxın olacağı ehtimal olunur.


Bakıda və Abşeron yarımadasında

Orta aylıq temperaturun 6-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Gecə 3-6 dərəcə isti, birinci ongünlüyün bəzi gecələrində 0-2 dərəcə isti, gündüz 7-12 dərəcə isti, ayın ilk günlərində 2-5 dərəcə isti, üçüncü ongünlüyün bəzi günlərində isə 18-23 dərəcə isti təşkil edəcək.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 20-27 mm) olacağı gözlənilir.


Naxçıvan Muxtar Respublikasında

Orta aylıq temperaturun 6-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Gecə 0-5 dərəcə isti, birinci ongünlüyün bəzi gecələrində 1-6 dərəcə şaxta, gündüz 8-13 dərəcə isti, ayın ilk günlərində 3-6 dərəcə isti, üçüncü ongünlüyün bəzi günlərində isə 20-25 dərəcə isti olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 22-44 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.


Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd; Qubadlı, Zəngilan,
Laçın, Kəlbəcər və Daşkəsən, Gədəbəy rayonlarında


Orta aylıq temperaturun 2-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Gecə 0-3 dərəcə şaxta, birinci ongünlüyün bəzi gecələrində 2-7 dərəcə şaxta, üçüncü ongünlükdə 2-6 dərəcə isti, gündüz 4-9 dərəcə isti, ayın ilk günlərində 0-5 dərcə şaxta, üçüncü ongünlüyün bəzi günlərində isə 14-19 dərəcə isti olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 42-52 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.


Qazax-Gəncə, Tər-Tər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl, Goranboy rayonlarında

Orta aylıq temperaturun 6-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Gecə 1-5 dərəcə isti, birinci ongünlüyün bəzi günlərində 0-3 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti, ayın ilk günlərində 2-5 dərəcə isti, üçüncü ongünlüyün bəzi günlərində isə 18-23 dərəcə isti olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 19-27 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən,
Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında


Orta aylıq temperaturun 5-8 dərəcə isti olacağı gözlənilir ki, bu da kiçik müsbət fərqlə iqlim normasına yaxındır.
Gecə 0-5 dərəcə isti, birinci ongünlüyün bəzi gecələrində 1-6 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti, ayın ilk günlərində 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, üçüncü ongünlüyün bəzi günlərində isə 15-20 dərəcə isti olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 38-83 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.


Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan,
Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında


Orta aylıq temperaturun 8-10 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir.
Gecə 3-7 dərəcə isti, birinci ongünlüyün bəzi gecələrində 1 dərəcə şaxtadan 2 dərcəyədək isti, gündüz 8-13 dərəcə isti, ayın ilk günlərində 4-6 dərəcə isti, üçüncü ongünlüyün bəzi günlərində isə 20-25 dərəcə isti olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 25-45 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.


Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında

Orta aylıq temperaturun 5-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Gecə 2-7 dərəcə isti, birinci ongünlüyün bəzi gecələrində 0-5 dərəcə şaxta, gündüz 8-12 dərəcə isti, ayın ilk günlərində 4-6 dərəcə isti, üçüncü ongünlüyün bəzi günlərində isə 20-25 dərəcə isti olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın(norma 59-112 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.