Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

22 Fevral 2012, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqaz çaylarında sululuq ongünlük normanın 125-205, Kiçik Qafqaz çaylarında 135-145, Lənkəran-Astara bölgəsi çaylarında 65-95, Naxçıvan MR çaylarında isə 20-25 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 157 m3/s olmaqla, ongünlük normanın 81 faizini təşkil edir (2011-ci ildə 150 m3/s olmaqla 77 faiz təşkil edirdi).
Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 69 m3/san olmaqla, ongünlük normanın 90 faizini təşkil edir (2011-ci ildə 74 m3/s olmaqla 97 faiz təşkil edirdi).

Kür çayının aşağı axınında hazırki vəziyyət
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 621 sm (2011-ci il fevralın 22-də 590 sm), Şirvanda 516 sm (2011-ci il fevralın 22-də 477 sm ), Bankədə 339 sm (2011-ci il fevralın 22-də 337 sm), Araz çayının Novruzlu məntəqəsində isə 342 sm (2011-ci il fevralın 22-də 305 sm) təşkil edir.