Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

20 Fevral 2012, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqaz çaylarında sululuq ongünlük normanın 120-215, Kiçik Qafqaz çaylarında 145-155, Lənkəran-Astara bölgəsi çaylarında 85-125, Naxçıvan MR çaylarında 20-25 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 148 m3/s olmaqla, ongünlük normanın 87 faizini təşkil edir (2011-ci ildə 123 m3/s olmaqla 72 faiz təşkil edirdi).
Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 65 m3/san olmaqla, ongünlük normanın 92 faizini təşkil edir (2011-ci ildə 54 m3/s olmaqla 77 faiz təşkil edirdi).

Kür çayının aşağı axınında hazırki vəziyyət
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 623 sm (2011-ci il fevralın 20-də 582 sm), Şirvanda 512 sm (2011-ci il fevralın 20-də 467 sm ), Bankədə 341 sm (2011-ci il fevralın 20-də 327 sm), Araz çayının Novruzlu məntəqəsində isə 341 sm (2011-ci il fevralın 20-də 300 sm) təşkil edir.