Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
16 Fevral 2012, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqaz çaylarında sululuq ongünlük normanın 120-210, Kiçik Qafqaz çaylarında 145-155, Lənkəran-Astara bölgəsi çaylarında 60-100, Naxçıvan MR çaylarında isə 20-25 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 127 m3/s olmaqla, ongünlük normanın 74 faizini təşkil edir (2011-ci ildə 165 m3/s olmaqla 96 faiz təşkil edirdi).
Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 56 m3/san olmaqla, ongünlük normanın 80 faizini təşkil edir (2011-ci ildə 52 m3/s olmaqla 74 faiz təşkil edirdi).
Kür çayının aşağı axınında hazırki vəziyyət
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 627 sm (2011-ci il fevralın 16-da 537 sm), Şirvanda 518 sm (2011-ci il fevralın 16-da 429 sm), Bankədə 339 sm (2011-ci il fevralın 16-da 317 sm), Araz çayının Novruzlu məntəqəsində isə 375 sm (2011-ci il fevralın 16-da 261 sm) təşkil edir.