İqlim dəyişmələrinə qarşı mübarizədə Azərbaycan lider ölkə kimi qiymətləndirilmişdir
14 Fevral 2012, 00:00
ABŞ-ın Yel və Kolumbiya Universitetləri tərəfindən 2012-ci ilin yanvar ayında hazırlanmış Beynəlxalq Ekoloji Fəaliyyətin Nəticələrinin İndeksinə (Environmental Performance İndex) əsasən iqlim dəyişikliyi bəndi üzrə Azərbaycan son illərdəki fəaliyyətə görə 1-ci, mövcud vəziyyətə görə isə 67-ci yerdədir.
Məlumdur ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının istilik effekti yaradan qazların tullantılarının azaldılması üzrə kəmiyyət öhdəliyi götürməyən tərəf olsa da, tullantıların azaldılması istiqamətində konkret tədbirlər hesabına, son illər iqtisadiyyatın intensiv inkişafına baxmayaraq, həmin tullantılar 1990-cı baza ilindəki 70 milyon tondan 48 milyon tona enmişdir.
Buna, ətraf mühitin mühafizəsi və iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması da daxil olmaqla, davamlı inkişaf prinsiplərinə böyük önəm verilməsi nəticəsində nail olunmuşdur. Ümumilikdə, Kioto prosesi başlandıqdan bəri istilik effekti yaradan qazların tullantılarının təxminən 500 milyon ton azaldılmasına müvəffəq olunmuşdur. Bu həcm inkişaf etmiş böyük bir Avropa dövlətinin, misal üçün, İspaniyanın illik emissiyasına bərabərdir.
Alternativ enerji sektorunun inkişafı prioritet istiqamət kimi seçilmiş, ildə 30 meqavatt gücündə günəş panellərinin istehsalı zavodu istifadəyə verilmiş, hibrid enerji layihəsi həyata keçirilmişdir.
Böyük Qafqazın Bazardüzü-Şahdağ-Tufandağ ərazisində iqlim dəyişmələrinin tədqiqi, buradakı buzlaqların iqlim dəyişmələri ilə əlaqədar dinamikasının, həmçinin bu ərazidəki ekosistemin kompleks öyrənilməsi məqsədilə “Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzi” yaradılmış, Tufandağın zirvəsində, Şahdağda və Şahdüzundə avtomat meteoroloji stansiyalar quraşdırılmış və enerji təlabatı alternativ enerji hesabına təmin olunmuşdur.
Həyata keçirilən bütün bu tədbirlərin nəticələri reytinqdə nəzərə alınmışdır.