Azmeşəli ölkə olmağımıza baxmayaraq görülmüş işlərə görə öndəyik
13 Fevral 2012, 00:00
2012-ci ilin yanvar ayında ABŞ-ın Yel və Kolumbiya Universitetləri Beynəlxalq Ekoloji Fəaliyyətin Nəticələrinin İndeksi (Environmental Performance İndex) üzrə aparılmış beynəlxalq araşdırmanın yekunları barədə hesabat yaymışlar.
ABŞ universitetlərinin açıqladığı beynəlxalq hesabatın meşələrlə bağlı məsələlər bölümündə qiymətləndirmə 3 komponent üzrə (meşə ehtiyatlarının vəziyyəti, meşə örtüyünün dəyişməsi və meşə itkiləri) aparılmış və son 10 ildə bu göstəricilərə görə Azərbaycan 132 dövlət arasında ən yüksək nəticə əldə etmişdir.
Belə yüksək qiymət sevindirici haldır, çünki azmeşəli ölkə olmağımıza baxmayaraq görülmüş işlərə görə öndəyik. Bu qiymətləndirmədə, yeni meşə əkinləri nəticəsində meşə ilə örtülü ərazilərin sahəsinin ümumi ölkə ərazisinin 11,4 faizdən 11,8 faizədək artırılması, habelə mövcud meşə fondu torpaqlarının meşə ilə örtülü ərazilərinin 2,6 faiz çoxaldılması, sənaye qırıntılarının dayandırılması, regionların qazlaşdırılması, meşələrin mühafizəsi və qorunması tədbirlərinin gücləndirilməsi, o cümlədən KİV və QHT-lərlə birgə ictimaiyyət arasında aparılmış təbliğat tədbirləri hesabına qırıntı hallarının ilbəil azalması nəzərə alınmışdır.
Qeyd edək ki, son illərdə meşələrin mühafizəsi, bərpası, yeni meşə və yaşıllıqların salınması məqsədilə bir sıra ciddi tədbirlər görülmüşdür. Toxum tədarükü, əkin materiallarının yetişdirilməsi, meşələrin bərpası, yeni meşə massivlərinin salınması sahəsində göstəricilər bir neçə dəfə artmış, meşə fonduna daxil olmayan ərazilərdə müvafiq tədbirlər görülmüşdür.
Əgər 2002-ci ildə əkin, səpin və təbii bərpaya kömək tədbirləri cəmi 7750 hektar sahədə aparılmışdırsa, 2011-ci ildə bu rəqəm artıq 10504 hektar olmuşdur. Ümumilikdə, 2003-2011-ci illər ərzində 91176 hektardan artıq sahədə meşəbərpa tədbirləri aparılmış, bunun 33157 hektarında yeni meşələr salınmışdır.
Meşəsalma ilə bağlı idarəetmə sisteminin effektivliyinin artırılması məqsədilə Abşeron, Quba, Kür və Giləzi regional meşə tingliyi müəssisələri yaradılmış, həmçinin səhralaşma prosesinə məruz qalmış çətin meşəbitmə şəraitinə malik ərazilərdə meşəsalma müəssisələri tərəfindən yeni yaşıllıq massivləri salınmışdır.
Yaşıllıq ərazilərinin artırılması məqsədilə Bakı şəhəri və Abşeron yarımadasında, həmçinin magistral avtomobil yollarının kənarında 6 milyon ədəd ağac və kol bitkiləri əkilmişdir.
Son illər ölkədə ətraf mühit sahəsində aparılan islahatlar və fəaliyyətin qiymətləndirilməsinin təhlili ekoloji problemlərin həlli istiqamətində sürətlə həyata keçirilən tədbirlərin effektiv olduğunu və fəaliyyət istiqamətinin düzgün seçildiyini göstərir.