Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
13 Fevral 2012, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük və Kiçik Qafqazın çaylarında sululuq ongünlük normanın 120-160, Lənkəran-Astara bölgəsi çaylarında 40-90, Naxçıvan MR çaylarında isə 25-30 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 144 m3/s olmaqla, ongünlük normanın 84 faizini təşkil edir (2011-ci ildə 160 m3/s olmaqla 94 faiz təşkil edirdi).
Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 60 m3/san olmaqla, ongünlük normanın 85 faizini təşkil edir (2011-ci ildə 54 m3/s olmaqla 77 faiz təşkil edirdi).
Kür çayının aşağı axınında hazırki vəziyyət
Fevralın 10-dan etibarən Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 22, Şirvanda 20, Salyanda 37, Bankədə 12, Araz çayının Novruzlu məntəqəsində isə 40 sm artmışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 640 sm (2011-ci il fevralın 13-də 522 sm), Şirvanda 522 sm (2011-ci il fevralın 13-də 411 sm), Bankədə 344 sm (2011-ci il fevralın 13-də 297 sm), Araz çayının Novruzlu məntəqəsində isə 360 sm (2011-ci il fevralın 13-də 250 sm) təşkil edir.