Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
10 Fevral 2012, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük və Kiçik Qafqazın çaylarında sululuq ongünlük normanın 120-160, Lənkəran-Astara bölgəsi çaylarında 50-100, Naxçıvan MR çaylarında isə 25-30 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 130 m3/s olmaqla, ongünlük normanın 78 faizini təşkil edir (2011-ci ildə 150 m3/s olmaqla 90 faiz təşkil edirdi).
Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 66 m3/san olmaqla, ongünlük normanın 96 faizini təşkil edir (2011-ci ildə 61 m3/s olmaqla 89 faiz təşkil edirdi).
Kür çayının aşağı axınında hazırki vəziyyət
Fevralın 03-dən etibarən Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 66 sm, Şirvanda 48 sm, Salyanda 32 sm, Bankədə 12 sm, Araz çayının Novruzlu məntəqəsində isə 48 sm artmışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 618 sm (2011-ci il fevralın 10-da 512 sm), Şirvanda 502 sm (2011-ci il fevralın 10-da 403 sm ), Bankədə 332 sm (2011-ci il fevralın 10-da 304 sm), Araz çayının Novruzlu məntəqəsində isə 320 sm (2011-ci il fevralın 10-da 243 sm) təşkil edir.