Xəbərlər

Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində heç bir yanğın hadisəsi baş verməyib

09 Fevral 2012, 00:00

08 fevral 2012-ci il tarixində bəzi internet saytlarında Masallı rayonu Qızılağac kəndində Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində yanğın hadisəsinin baş verməsi, yanğın zamanı yaşayış üçün istifadə olunan ümumi sahəsi 16 m2 olan otaq tipli vaqonun yanması və içərisində olan 2 nəfər azyaşlı uşağın ölməsi barədə məlumat yayılmışdır.
Araşdırma zamanı məlum olmuşdur ki, yanğın Qızılağac Dövlət Təbiət Qoruğundan 2 km aralıda, Qızılağac kənd Bələdiyyəsinin ərazisində baş vermişdir.
Bir daha bildiririk ki, Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində heç bir yanğın hadisəsi baş verməmişdir.