Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

06 Fevral 2012, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqaz çaylarında sululuq ongünlük normanın 120-190, Kiçik Qafqaz çaylarında 155-160, Lənkəran-Astara bölgəsi çaylarında 55-100, Naxçıvan MR çaylarında isə 25-30 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 140 m3/s olmaqla, ongünlük normanın 84 faizini təşkil edir (2011-ci ildə 145 m3/s olmaqla 87 faiz təşkil edirdi).
Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 72 m3/san olmaqla, ongünlük normanın 105 faizini təşkil edir (2011-ci ildə 66 m3/s olmaqla 96 faiz təşkil edirdi).

Kür çayının aşağı axınında hazırki vəziyyət
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 590 sm (2011-ci il fevralın 06-da 488 sm), Şirvanda 474 sm (2011-ci il fevralın 06-da 363 sm), Bankədə 319 sm (2011-ci il fevralın 06-da 281 sm), Araz çayının Novruzlu məntəqəsində isə 278 sm (2011-ci il fevralın 06-da 231 sm) təşkil edir.