“Zəvvar” ovçuluq təsərrüfatında keçirilən reyd zamanı insident baş verib
13 Yanvar 2012, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən ölkə ərazisində “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması və qanunsuz ov edilməsi hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq reydlər keçirilir.
10 yanvar 2012-ci il tarixində keçirilən növbəti reyd zamanı Biləsuvar və Cəlilabad rayonlarının ərazisində fəaliyyət göstərən “Zəvvar” ovçuluq təsərrüfatında saat 23:00 radələrində qanunsuz ovla məşğul olan 5 nəfər saxlanılmış və müvafiq icazə sənədləri olmadığından 4 nəfərin tüfəngi götürülmüşdür. Bu zaman digər brokonyer gizlətdiyi yerdən tüfəngini çıxardaraq Nazirliyin əməkdaşları istiqamətində atəş açmış, lakin təsadüf nəticəsində xəsarət alan olmamışdır. Daha sonra həmin şəxs Nazirliyin əməkdaşlarından birini öldürməklə hədələyərək müsadirə olunmuş 4 ədəd tüfəngi maşının yük yerindən götürərək hadisə yerindən qaçmışlar.
Faktla bağlı Daxil İşlər Nazirliyinin 102 xidmətinə, Cəlilabad rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilmiş, faktla bağlı Cəlilabad rayon Prokurorluğunda cinayət işi qaldırılmışdır.
“Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması məqsədilə Respublika ərazisində qanunsuz ov halları ilə mübarizə tədbirləri davam etdirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir ki, belə hallar əməkdaşlarımızı qanun pozuntularına qarşı mübarizədən çəkindirə bilməz və bir daha əhalini ov etməklə müşayiət olunan istirahətdən imtina etməyə, təbiətə qarşı yönəlmiş qanunsuz hərəkət və fəaliyyətlərdən çəkinməyə çağırır.