Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
09 Yanvar 2012, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqaz çaylarında sululuq ongünlük normanın 110-230, Kiçik Qafqaz çaylarında 140-145, Lənkəran-Astara bölgəsi çaylarında 45-85, Naxçıvan MR çaylarında isə 35-40 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 116 m3/s olmaqla, ongünlük normanın 71 faizini təşkil edir (2011-ci ildə 143 m3/s olmaqla 88 faiz təşkil edirdi).
Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 68 m3/san olmaqla, ongünlük normanın 96 faizini təşkil edir (2011-ci ildə 51 m3/s olmaqla 72 faiz təşkil edirdi).
Kür çayının aşağı axınında hazırki vəziyyət
Yanvar ayının birinci ongünlüyündə Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 19 sm, Bankədə 15 sm, Şirvan və Salyanda 13 sm, Araz çayının Novruzlu məntəqəsində isə 20 sm azalmışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 559 sm (2011-ci il yanvarın 09-da 472 sm), Şirvanda 457 sm (2011-ci il yanvarın 09-da 386 sm ), Bankədə 305 sm (2011-ci il yanvarın 09-da 301 sm), Araz çayının Novruzlu məntəqəsində isə 278 sm (2011-ci il yanvarın 09-da 260 sm) təşkil edir.