Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

06 Yanvar 2012, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Lənkəran-Astara bölgəsi çaylarında sululuq ongünlük normanın 55-85, Böyük Qafqaz çaylarında 110-230, Kiçik Qafqaz çaylarında 135-145, Naxçıvan MR çaylarında isə 30-40 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət

Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 107 m3/s olmaqla, ongünlük normanın 66 faizini təşkil edir (2011-ci ildə 112 m3/s olmaqla 69 faiz təşkil edirdi).
Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 71 m3/san olmaqla, ongünlük normanın 101 faizini təşkil edir (2011-ci ildə 53 m3/s olmaqla 75 faiz təşkil edirdi).

Kür çayının aşağı axınında hazırki vəziyyət

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 575 sm (2011-ci il yanvarın 06-da 496 sm), Şirvanda 470 sm (2011-ci il yanvarın 06-da 385 sm ), Bankədə 309 sm (2011-ci il yanvarın 06-da 301 sm), Araz çayının Novruzlu məntəqəsində isə 292 sm (2011-ci il yanvarın 06-da 266 sm) təşkil edir.