Şöbə rəisi tutduğu vəzifədən azad olunmuşdur
30 Dekabr 2011, 00:00
15 dekabr 2011-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilmiş Kollegiya iclasında Mingəçevir şəhər 8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin rəisinin tutduğu vəzifəyə uyğun olub-olmamasının araşdırılması barədə qərar qəbul edilmişdir.
Kollegiya iclasının qərarına müvafiq olaraq yaradılmış Komissiyanın apardığı araşdırma zamanı sözügedən şöbənin rəisi Asif Şirinovun xidməti fəaliyyətində aşkar edilmiş nöqsanlar onun diqqətinə çatdırılmış və o, ərizəsinə əsasən tutduğu vəzifədən azad olunmuşdur.