Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
28 Dekabr 2011, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Lənkəran-Astara bölgəsi çaylarında sululuq ongünlük normanın 20-80, Böyük Qafqaz çaylarında 110-210, Kiçik Qafqaz çaylarında 130-140, Naxçıvan MR çaylarında isə 30-40 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 136 m3/s olmaqla, ongünlük normanın 93 faizini təşkil edir (2010-cu ildə 122 m3/s olmaqla ongünlük normanın 84 faizini təşkil edirdi).
Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 78 m3/san olmaqla, ongünlük normanın 107 faizini təşkil edir (2010-cu ildə 41 m3/s olmaqla ongünlük normanın 56 faizini təşkil edirdi).
Kür çayının aşağı axınında hazırki vəziyyət
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 580 sm (2010-cu il dekabrın 28-də 477 sm), Şirvanda 472 sm (2010-cu il dekabrın 28-də 379 sm), Salyanda 421 sm (2010-cu il dekabrın 28-də 192 sm), Bankədə 315 sm (2010-cu il dekabrın 28-də 285 sm), Araz çayının Novruzlu məntəqəsində isə 285 sm (2010-cu il dekabrın 28-də 250 sm) təşkil edir.