Xəzər dənizinin Su Bioresursları Komissiyasının 32-ci iclası Azərbaycanda keçiriləcək
13 Dekabr 2011, 00:00
Xəzər dənizinin Su Bioresursları Komissiyasının 32-ci iclası Azərbaycan tərəfinin sədrliyi ilə 14-16 dekabr 2011-ci il tarixlərində Bakı şəhərində keçiriləcək.
İclasda Xəzərətrafı ölkələrin balıqçılıq təsərrüfatı nazirliklərinin və komitələrinin rəhbər nümayəndə heyəti iştirak edəcək.
İclasın gündəliyinə əsasən balıq ovu kvotasının mənimsənilməsi, süni balıqartırma və balıq ehtiyatlarının mühafizəsi üzrə 2010-2011-ci illərdə görülən işlər barədə məlumat veriləcək, dəniz ekspedisiyalarının və elmi-tədqiqat işlərinin nəticələrinə əsasən balıq ehtiyatlarının müasir vəziyyəti barədə hesabatlar təqdim olunacaq, o cümlədən 2012-ci il üçün Xəzər dənizində su bioresurslarının ümumi ovunun həddi və onun milli kvotalara bölünməsi məsələsinə baxılacaq.
İclasda nərəcinsli balıqların sənaye ovuna qadağa qoyulması məsələsinə də aydınlıq gətiriləcək. Belə ki, 18 noyabr 2010-cu ildə Xəzərətrafı dövlətlərin başçılarının Bakı şəhərində keçirilmiş Sammitində Qazaxıstan Respublikasının Prezidentinin irəli sürdüyü nərəcinsli balıqların sənaye ovuna qadağa qoyulması təklifi prezidentlər tərəfindən bəyənilmişdi. Bu təklifi həyata keçirmək məqsədilə Rusiya Federasiyası tərəfindən təklif edilmiş “Xəzər dənizində nərəcinsli balıqların ehtiyatlarının qorunması barədə” Saziş layihəsi müzakirəyə çıxarılacaq.