Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

09 Dekabr 2011, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Lənkəran-Astara bölgəsi çaylarında sululuq ongünlük normanın 50-90, Böyük Qafqaz çaylarında 95-185, Kiçik Qafqaz çaylarında 130-135, Naxçıvan MR çaylarında isə 85-90 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 140 m3/s olmaqla, ongünlük normanın 89 faizini (2010-cu ildə 100 m3/s olmaqla 64 faiz) təşkil edir.
Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 89 m3/san olmaqla, ongünlük normanın 77 faizini (2010-cu ildə 49 m3/s olmaqla 64faiz) təşkil edir.

Kür çayının aşağı axınında hazırki vəziyyət
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 573 sm (2010-cu il dekabrın 9-da 465 sm), Şirvanda 466 sm (2010-cu il dekabrın 9-da 370 sm ), Salyanda 423 sm (2010-cu il dekabrın 9-da 178 sm ) Bankədə 310 sm (2010-cu il dekabrın 9-da 285 sm), Araz çayının Novruzlu məntəqəsində isə 298 sm (2010-cu il dekabrın 9-da 223 sm) təşkil edir.