Noyabr ayı ərzində “Qaynar xətt”ə 121 müraciət daxil olub
07 Dekabr 2011, 00:00
2011-ci ilin noyabr ayı ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə daxil olmuş 121 müraciətlə bağlı Nazirliyin mütəxəssisləri tərəfindən yerində araşdırma aparılaraq qanunamüvafiq tədbirlər görülmüşdür.
Belə ki, ağacların aşma təhlükəsinin olması ilə əlaqədar daxil olmuş 97 müraciətə dair yerində baxış keçirilərək təhlükə yaradan ağaclarla bağlı müvafiq rəy və təkliflər verilmişdir.
Ağacların kəsilməsi ilə əlaqədar daxil olmuş 13 müraciətlə bağlı araşdırma aparılarkən 3 şikayət üzrə fakt təsdiqlənmiş və qanunamüvafiq tədbirlər görülmüş, 10 müraciət isə öz təsdiqini tapmamışdır.
Atmosfer havasının çirklənməsi, çirkab suların axıdılması, məişət tullantılarının qalaqlanması, səs-küy, yerin təkindən istifadə və elektromaqnit şüalanma ilə əlaqədar daxil olmuş 11 müraciətdən 2-si ilə bağlı qanunamüvafiq tədbirlər görülmüş, 7 müraciət öz təsdiqini tapmamış, 2 müraciət isə icradadır.
Qeyd edək ki, ETSN-nin 24 saat fəaliyyət göstərən “Qaynar xətt”i vasitəsilə ölkə ərazisində ətraf mühitin mühafizəsi ilə əlaqədar ekoloji tarazlığın qorunması, ekoloji qanun pozmaları və digər ekoloji hallar barədə müraciətlər qəbul edilir.