Xəbərlər

Dekabr ayına olan hava proqnozu

02 Dekabr 2011, 00:00

Dekabr ayında havanın orta aylıq temperaturunun iqlim norması daxilində tərəddüd edəcəyi gözlənilir. Üçüncü ongünlükdə temperaturun aşağı enəcəyi ehtimalı var.
Yağıntıların Respublika ərazisində qeyri-bərabər paylanması gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur.
Bakıda və Abşeron yarımadasında

Orta aylıq temperatur 7-9 dərəcə isti gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Gecə 2-6 dərəcə isti, üçüncü ongünlükdə 0 dərəcə, -2 dərəcə, gündüz 8-13 dərəcə isti, üçüncü ongünlüyün bəzi günlərdə 3-7 dərəcə isti təşkil edəcək.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə (norma 24-34 mm) isə normadan bir qədər çox olacağı gözlənilir.


Naxçıvan Muxtar Respublikası

Orta aylıq temperatur 0-3 dərəcə isti gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 8-13 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, üçüncü ongünlüyün bəzi günlərində 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 14-35 mm) olacağı gözlənilir.


Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy zonalarında

Orta aylıq temperatur 0-3 dərəcə isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 8-13 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, bəzi günlərdə 0-4 dərəcə şaxta gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 27-53 mm) olacağı gözlənilir.


Qazax-Gəncə, Goranboy, Tər-Tər, Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl

Orta aylıq temperatur 4-6dərəcə isti gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Gecə 1-4 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə isti gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 13-16 mm) olacağı gözlənilir.



Balakən-Zaqatala- Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı- Şamaxı-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz zonalarında

Orta aylıq temperatur 2-4 dərəcə isti gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 4-9 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə (norma 24-48 mm) isə normadan bir qədər çox olacağı gözlənilir.


Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında


Orta aylıq temperatur 5-8 dərəcə isti gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Gecə1-5 dərəcə isti, bəzi günlərdə 0-4 dərəcə şaxta, gündüz 8-13 dərəcə isti, bəzi günlərdə 1-5 dərəcə isti gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə (norma 16-32 mm) isə normadan bir qədər çox olacağı gözlənilir.


Masallı-Lənkəran-Astara, Lerik-Yardımlı zonasında

Orta aylıq temperatur 5-8 dərəcə isti gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Gecə 1-5 dərəcə isti, bəzi günlərdə dağlıq ərazilərdə 5-9 dərəcə şaxta, gündüz 8-13 dərəcə isti, bəzi günlərdə 3-6 dərəcə isti, dağlıq ərazilərdə 0-3 dərəcə şaxta gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə (norma 58-106 mm) isə normadan bir qədər çox olacağı gözlənilir.